G7: Rusiyanın qondarma işğalını və saxta referendumlarını tanımayacağıqbackend

G7: Rusiyanın qondarma işğalını və saxta referendumlarını tanımayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Rusiyanın qondarma ilhaqlarını və saxta referendumlarını heç vaxt tanımayacağıq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Avropa İttifaqından (Aİ) ibarət G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.

Açıqlamada Ukraynanın suverenliyi və müstəqilliyini dəstəklədiklərini təkrarlayaraq, Rusiyanı müharibəni dayandırmağa çağırıblar.

Bəyanatda Rusiyanın Ukraynaya qarşı təcavüzü, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini pozmağa davam etməsi ən şiddətli şəkildə qınanılıb.

NOCOMMENT.AZ