“Garant Holding” gömrük qaydalarını pozmaqda ittiham edilirbackend

Garant Holding” gömrük qaydalarını pozmaqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Garant Holding” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.

İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Garant Holding” MMC 13 aprel 2005-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Süleymanova Nərgiz Bəhram qızıdır.

Garant Holding” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkəti kimi tanınıb. 

Ziya Məmmədov sabiqlərin sırasına qoşulduqdan sonra şirkətini də itirdiyi bildirilir.