Gecə 2-də yatanlarda 5 cür xərçəng riski varbackend

Gecə 2-də yatanlarda 5 cür xərçəng riski var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxu rejiminin pozulması bir neçə növ xərçəng yaranması riskini artırır.

NOCOMMENT.az xəbər verir ki, həkim onkoloq Andrey Vorobyev yuxusuzluğun sirkad ritmləri pozduğunu bildirib.

“Uzun müddət normal yatmamaq, gecə gec yatağa girmək, müəyyən xəstəliklərə yol açır.

İstənilən yuxusuzluq amili xərçəng faktoru yaradır. Çünki çirkad ritmlərin pozulması potensial kanserogendir.

Cirkad ritm orqanizmin yuxuya getməsi, oyanması və aktivliyi dövrüdür.

İnsan saat 10-dan yatıb səhər 7-də oyanmalıdır.

Bədəndə bütün orqan və sistemlər bu tsiklə uyğun işini qurub. Çirkad ritm insanın iştahını, temperaturunu, əhvalını, enerjisini təmin edir.

Ritm pozulanda bu sistemlər də pozulur.

O insanlar ki, ölkə dəyişir, müxtəlif saat qurşaqlarında səyahət edir, gecə növbəsi işləyir, gecə 2-dən tez yatmır, onlarda bu ritm pozulur.

Belə pozulmalarda daha çox süd vəzi, prostat, bağırsaq, mədəaltı vəz, yumurtalıq və ağciyər xərçəngi ola bilir.
Çirkad ritmlərin pozulması şişlərin böyüməsinə də güclü təsir edir”.
Medicina.az