Gecə klubundakı partlayışda yanan Ayselin son görüntüsü – VİDEObackend

Gecə klubundakı partlayışda yanan Ayselin son görüntüsü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürovanın görüntüsü yayılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Ayselin ad gününə getdiyi Raul özünün instagram hesabında video paylaşıb.

O, qeyd edib ki, Aysel əməliyyat olunub.

Xatırladaq ki, hadisə aprelin 3-də Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.