Gecə saatlarında xəstəxanada yanğın baş verdibackend

Gecə saatlarında xəstəxanada yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üsküdardakı Sultan Əbdülhəmid Han Təhsil və Araşdırma Xəstəxanasında naməlum səbəbdən yanğın baş verib.

NOCOMMENT xəbər verir ki, ətraf rayonlardan yanğına çoxlu sayda yanğınsöndürən göndərilərkən, xəstəxanada müalicə alan xəstələr başqa xəstəxanalara köçürülüb.

Yanğın gecə saat 02:30 radələrində xəstəxananın 6-cı mərtəbəsində yerləşən əməliyyat otağında naməlum səbəbdən baş verib. Xəstəxanadan tüstünün qalxdığını anlayan əməkdaşlar vəziyyəti yanğınsöndürənlərə çatdırıblar. Xəbərdarlıq üzərinə ətraf rayonlardan çoxlu yanğınsöndürən xəstəxanaya göndərilib. Yanğınsöndürənlər yanğına müdaxilə edərkən, xəstəxanada müalicə alan xəstələr xəstəxananın bağçasına aparılıb. Burada təcili yardım maşınlarına çatdırılan xəstələr ətrafdakı digər xəstəxanalara köçürülüb.