Gecələr Yasamalda nə baş verir? – Saat 12-dən sonra səsdən yatmaq olmur…backend

Gecələr Yasamalda nə baş verir? – Saat 12-dən sonra səsdən yatmaq olmur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yaşayan sakinlərin gecə yuxuları ərşə çəkilib.

NOCOMMENT.az bildirir ki, bu barədə sakinlər tərəfindən BAKU.WS-in “qaynar xətti”nə daxil olan şikayətlərdə qeyd olunub.

Sakinlər bildirib ki, rayonun Əsəd Əhmədov küçəsində, 308 nömrəli tam orta məktəbin yaxınlığında qanunsuz tikinti işləri aparılır.

“Bildiyimiz qədərilə burada bina tikməyə icazə verilməyib. Lakin gecə düşən kimi səs-küy-dən yata bilmirik. Axşam 12-dən səhər 05:00-a kimi binada tikinti işləri gedib. Xahiş edirik rəsmi qurumlar məsələyə bir əncam çəksin”.

Sözügedən kadrları təqdim edirik: