Gecikməyə vaxt yoxdur – Növbə HƏMAS-dadırbackend

Gecikməyə vaxt yoxdur – Növbə HƏMAS-dadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşkəs razılaşmasına nail olmaq üçün növbə HƏMAS-dadır”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailin atəşkəs səylərində çox vacib kompromisə getdiyini deyib:

“Mən baş nazir Netanyahu ilə görüşdüm və biz, əlbəttə ki, dərhal atəşkəs yaradacaq, girovları evlərinə qaytaracaq, Qəzzada Fələstin xalqının əzablarını yüngülləşdirəcək, həmçinin bizə kömək edəcək girov müqaviləsi haqqında danışdıq. İsrail masa üzərində olan təklifdə çox mühüm kompromislərə getdi və bu razılaşmanı əldə etmək istəyini nümayiş etdirdi”.

Əlavə edib ki, vaxt çox azdır və HƏMAS şərtlərlə razılaşmalıdır:

“İndi növbə HƏMAS-dadır. Həmas bu sövdələşməni qəbul edib-etməyəcəyinə qərar verməlidir. Gecikməyə, əlavə bazarlığa vaxt yoxdur. Rəfahla bağlı mövqeyimiz də aydındır. Mülki əhalinin zərər görməməsinə əmin olmaq üçün effektiv plan olmasa, biz Rəfahda böyük hərbi əməliyyatı dəstəkləyə bilmərik. Biz belə bir plan görməmişik”.