Gədəbəydə ağır yol qəzası – Xəsarət alanlar varbackend

Gədəbəydə ağır yol qəzası – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Hyundai” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sərnişini – 1990-cı il təvəllüdlü Şirinova Aynurə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

APA