Gədəbəydə döyülərək xəstəxanalıq olan ana və qızının son durumu AÇIQLANDIbackend

Gədəbəydə döyülərək xəstəxanalıq olan ana və qızının son durumu AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprelin 11-i, saat 13:40-da iki nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

NOCOMMENT.az xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.

“1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər iki pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

14:34

Gədəbəydə ana və qızı xəstəxanalıq olublar.

Oxu.Az-ın məlumatına görə, rayonun Söyüdlü kəndində yaşayan 1983-cü il təvəllüdlü İlhamə Mürsəlova və qızı, 2007-ci il təvəllüdlü Nabat Mürsəlova döyülüblər.

Onların İ.Mürsəlovanın qayınatası və baldızı tərəfindən döyüldüyü bildirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilb.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub.

Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək

Faktla bağlı araşdırmalar aparılır.