Gədəbəydə polis yol qəzasında həlak olubbackend

Gədəbəydə polis yol qəzasında həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.