Gədəbəyin sabiq icra başçısı ilə bağlı ekspertiza təyin edildibackend

Gədəbəyin sabiq icra başçısı ilə bağlı ekspertiza təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin edilib.

Vəkil Bəhruz Bayramov NOCOMMENT-ə bildirib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.

O deyib ki, S.Rüstəmlinin səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa çıxması ilə üçün məhkəməyə ərizə təqdim edilib. Məhkəmə onun xəstəliyi ilə bağlı ekspertiza təyin edib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı. Aclığın 41-ci günündə keçmiş icra başçısının səhhətində problem yarandı və o, aksiyanı dayandırdı.