Gələcəkdə “Azərişıq” elektrik enerjisi satmayacaqbackend

Gələcəkdə “Azərişıq” elektrik enerjisi satmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələcəkdə “Azərişıq”dan elektrik enerjisinin satışı çıxarılacaq”.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deyib.

O bildirib ki, qurum yalnız satış deyil, eləcə də alış edə bilməyəcək: ““Azərişıq” yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumda ancaq paylama funksiyası saxlanılacaq. Satışla isə müstəqil satıcılar məşğul olacaq”.