Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcəkbackend

Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

NOCOMMENT xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə ictimai nəqliyyat işləməyəcək:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək;
07 noyabr saat 00:00-dan 09 noyabr saat 06:00-dək;
14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.