Gələn ay daha 12 yataq sahəsində hərrac keçiriləcəkbackend

Gələn ay daha 12 yataq sahəsində hərrac keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2021-ci ildən etibarən yer təki sahələri hərrac vasitəsilə istifadəyə verilib”.

NOCOMMENT APA-ya istinadən xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2021-ci ildə 84 yataq sahəsi, 2022-ci ildə isə 92 yataq sahəsi üzrə hərrac keçirilib:

“Hərracların keçirilməsində məqsəd ölkənin tikinti materiallarına olan daxili tələbatın ödənilməsi və bu sahədə azad rəqabət mühitinin formalaşdırılmasıdır. 90 qum-çınqıl, 56 əhəng-mişardaşı, 11 qum yağı, 5 gil yatağı və s. hərrac vasitəsilə istifadəyə verilib. 2023-cü ildə 8 yataq sahəsində hərrac keçirilib, fevral ayının 15-də daha 12 yataq sahəsində hərracın keçirilməsi planlaşdırılır”.