Şimali Atlantika Alyansı oktyabrın 14-də “Steadfast Noon” nüvə təliminə başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşmək üçün Londona gələrkən jurnalistlərə deyib.
Alyansın mətbuat xidmətinin məlumatına görə, təlimlər Belçika və Niderland ərazisində, Şimal dənizi akvatoriyası üzərində 13 üzv dövlətin 60-a yaxın təyyarəsinin iştirakı ilə keçiriləcək. Manevrlərdə, əsasən F-16 və F-35 qırıcıları, həmçinin B-52 bombardmançıları iştirak edəcək. Uçuşlar zamanı təyyarələrin göyərtəsində nüvə silahı olmayacaq.
Ənənəvi olaraq hər il keçirilən təlimlərdə taktiki nüvə zərbələri simulyasiya olunur. Manevrlərə həm nüvə silahına malik, həm də nüvə silahı olmayan NATO ölkələrinin onlarla təyyarəsi qatılır.