Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – RƏSMİ AÇIQLAMAbackend

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq və ölkədaxili sərnişindaşıma fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova NOCOMMENT.az-a bildirib ki, ancaq “Azərbaycan Dəmir Yolları” QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırdığından, məhz Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bərpa edəcək.

“Lakin buna baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC bu müddət ərzində qatarların, xətlərin, yolların xidmətə hazır vəziyyətdə olması üçün müvafiq texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə, beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu, Nazirlər Kabinetinin qərarından asılıdır”, – deyə N.Bayramova bildirib.

Bununla belə o əlavə edib ki, bütün sahələrə olduğu kimi pandemiya dəmiryollarının fəaliyyətinə, xüsusilə sərnişindaşımaya təsirsiz ötüşməyib: “Düzdür, yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişindaşımalarının sayı isə təbii olaraq azalıb”.