2026-cı ildə orta pensiya məbləğinin artacağı gözlənilir.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, növbəti ildə orta pensiyanın 2025-ci ildə gözlənilən 537 manat məbləğindən təxminən 7.9% çox – 579.2 manat civarında olacağı ehtimal edilir.
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin ümumi proqnozu 7 milyard 992.88 milyon manat səviyyəsində müəyyən edilib.
Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisindən 10.85% və ya 782.35 milyon manat çoxdur.












