Gələn il üçün pul siyasətinin əsas istiqamətləri açıqlanıbbackend

Gələn il üçün pul siyasətinin əsas istiqamətləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, infliyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək.

NOCOMMENT xəbər verir ki, bu barədə AMB-nın “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, baza proqnozlarına görə yüksək dəyişkənliyə malik qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.

Proqnozlaşdırılan profisitli tədiyyə balansı, dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondundan transferlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlılığını dəstəkləyəcək.

AMB gələn il də maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inklıuzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılmas, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaq.

“2022-ci il və orta müddətli stratreji dövrdə də AMB-nin əsas proritetlərindən biri komunikasiyanın effektivliyininin və əhatəliliyinin genişləndirilməsi olacaq. Bu, həm iqtisadi subyektlərin gözləntilərinin effektiv idarə olunmasına, həm də makroiqtisadi koordinasiyanın effektivliyinin daha da gücləndirilməsinə imkan verəcək”, – deyə bəyanatda bildirilib.