Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndibackend

Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarını təsdiqləyib.

NOCOMMENT xəbər verir ki, qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Yeni qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib.

Hər iki qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.