Meksikada öz toyunda həbs edilən gəlinə hökm oxunub. Nensi Lizet Rodrigez Quadarrama adlı qadın 11 il 6 ay həbs müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, qadın kilsəyə daxil olarkən saxlanılıb, buna görə də heç toy tortunu kəsməyə imkan tapmayıb və ağ gəlinlikdə prokurorluğa aparılıb.
Prokurorlar qadının “Miçoakan Ailəsi” (“Familia Michoacana”) cinayətkar təşkilatının üzvü olduğunu və zorakılıqla soyğunçuluqda iştirak etdiyini sübut edə biliblər. İstintaqın versiyasına görə, o, cinayəti başqa bir qadın və iki kişi ilə əlbir törədib.
Onun gələcək həyat yoldaşı Klemente Mendiole Martines də “Miçoakan Ailəsi”ndə killer olub, onun haqqında məlumat üçün 300 min Meksika frankı mükafat qoyulubmuş.
Bəy toy günü qaça bilsə də, sonradan Villa Guerrero şəhərində öz avtomobilində öldürülmüş vəziyyətdə tapılıb. Hadisə yerində 200-dən çox giliz aşkar edilib.
Xatırladaq ki, bu ilin may ayında Meksikada prezident seçkisi dövründə şəhər merləri daxil olmaqla 20-dən çox siyasətçi öldürülüb.