Gen gündə elmi ateizm, dara düşəndə peyğəmbərdən hədis – Ramiz Mehdiyev təzadıbackend

Gen gündə elmi ateizm, dara düşəndə peyğəmbərdən hədis – Ramiz Mehdiyev təzadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi, mənim qız nəvəm Fidan Əliyevanın 18 avqust 2020-ci il tarixində Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilmişdir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin qurumun saytına verdiyi açıqlamasında yer alıb.

Elmi ateizmdən dərs deyib, kitab yazan, hər kəsin ateist (Allahı inkar edən) biri kimi tanıdığı R.Mehdiyev bugünkü açıqlamasında İslam Peyğəmbəri Məhəmməd (s) adından hədis nəql edərək sitat gətirib:

“…İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurmuşdur: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”.

Maraqlıdır, ölkə büdcəsini talayan və xalqın milyonlarını mənimsəyən sabiq Nəqliyyat naziri Ziya Məmmədov və bir sıra digər sabiq məmurlar da vəzifədən uzaqlaşdırılan və ya həbs olunandan sonra Allahı xatırlayaraq, Ona tərəf üz tuturlar.

Ramiz Mehdiyevin Allah rəsulunu xatırlayıb onun adından hədis şərh etməsi sanki Musa peyğəmbəri təqib edən Fironun son anda iman gətirməsinə bənzəyir.

Lakin R.Mehdiyev yəqin unudub ki, İslam dinində belə rəhbərə, hakimə qarşı çıxaraq itaətsizlik göstərənlərin boynu vurularaq edam edilib və tarix boyu da bu belə olub. O səbəbdən, indiki xain və satqın sabiqlərin bəxti gətirib.

Nə deyə bilərik, hidayət, doğru yola yönəltmək Allahdandır. Təki Abdulla Şaiqin məlum təmsilində baş verən olmasın.

Amma keçmiş Administrasiya rəhbəri vaxtı ilə ona mədh deyib, indi də yıxıb sürüyən bəzi “siyasi elita” mənsubları barəsində fikirlərində haqlıdır. Efiri populist çıxışları ilə “bəzəyən”, boğazdan yuxarı danışaraq ürək bulandıran, hər kəsdə özlərinə qarşı ikrah oyadan bu TV “qəhrəman”larından dövlətə, millətə və Prezidentə fayda olmayacaq. 

NOCOMMENT.az