Gənc futbolçu BIÇAQLANDIbackend

Gənc futbolçu BIÇAQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başakşehir Futbol Klubunda çıxış edən 15 yaşlı Ömər Faruk Kayaca bir gün sonra parkda mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə iyulun 28-i baş verib.

İddiaya görə, hadisədən bir gün əvvəl parkda oturan Ömər Faruk Kayaca (15) və 2 dostu tanış olduğu bir qrup gənclə mübahisə edib. Rəfiqələri ilə parkda olan qrup Ömər Faruk Kayaca və dostları ilə “yan tərəfə baxmaq” bəhanəsi ilə mübahisə edib. Mübahisə bir müddət sonra davaya çevrilib. Mühafizəçilərin müdaxiləsi ilə tərəflər ayrılaraq evlərinə dağılıblar.

Bir gün sonra Kayaca eyni dostları ilə parkdakı kafeyə gedib və mübahisə etdiyi şəxslər onun yanına gəliblər. Təxminən 15 nəfərlik qrup Ömər Faruk Kayacaya bıçaqla hücum edərək onu yaralayıb. 

Hücum edənlər sürətlə hadisə yerindən qaçarkən, ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. 

Bədənində çoxlu bıçaq yaraları olan Kayaca hadisə yerində edilən ilk müdaxilədən sonra Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına aparılıb. 

Polis hücumda iştirak edən şəxslərin tutulması üçün əməliyyata başlayıb.