Gənc oğlan sevgilisini küçədə bıçaqlayıbbackend

Gənc oğlan sevgilisini küçədə bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.