Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulubbackend

Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həsən Kürün son vəziyyəti

“Həsən Zeynallının (Kür) vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

Ağciyər kontuziyası, qabırğa qırıqları, beyin ödəmi və qanamalar

O qeyd edib ki, Həsən Kür kirtik mərhələni qismən dəf edib: “Xəstəxanaya yerləşdirilən zaman vəziyyəti çox kritik idi. Amma hazırda huşu özünə qayıtmağa başlayıb. Adi əmrlərə reaksiya verir. Lakin huşu tam aydın olmadığından deyə bilərik ki, xəstə hazırda komadadır və ağciyər kontuziyası, qabırğa qırıqları olduğu üçün xəstə hələ də süni tənəffüs aparatına qoşulub. Beyin ödəmi, qanamalar davam edir. Qan beyindən tam sovrulmayıb”.

Kontur kompüter tomoqrafiyası planlaşdırılır

Leyla Mərcan bildirib ki, sabah Həsən Kür kontur kompüter tomoqrafiyası ediləcək: “KT-nin nəticəsindən sonra xəstənin vəziyyətinin müsbət istiqamətə dəyişib-dəyişməməsini müəyyən edəcəyik. Lazım olsa, əməliyyat olunacaq”.

Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.