Gənc TikTok ulduzu intihar etdi – FOTObackend

Gənc TikTok ulduzu intihar etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın 16 yaşlı məşhur TikTok ulduzu Siya Kakkar intihar edib.

NOCOMMENT xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib. “Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi”, – deyə Arcun bildirib.

Siyanın TikTok-da 1,5 milyon izləyicisi olub. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır.

Unikal.org