Gəncə İdman Sarayında 4 nəfər zəhərləndibackend

Gəncə İdman Sarayında 4 nəfər zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.

Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.