Gəncə Peşə Hazırlığı Mərkəzi mühafizə xidməti satın alır – 50 min manatbackend

Gəncə Peşə Hazırlığı Mərkəzi mühafizə xidməti satın alır – 50 min manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Gəncə Peşə Hazırlığı Mərkəzi mühafizə xidmətinin satın alınması üçün elan yayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, xidmətin göstərilməsi üçün “QARTAL SS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.984,8 AZN dəyərində müqavilə bağlanması gözlənilir. Satınalma çərçivəsində mərkəzin giriş qapılarının mühafizəsi, professor-müəllim heyəti, tələbələr və qonaqların təhlükəsizliyinin təmin olunması, ərazinin perimetr boyu nəzarət və kənar şəxslərin əraziyə daxil olmasının qarşısının alınması nəzərdə tutulur. Xidmət müddəti üçün 6 nəfər mühafizəçi təyin olunacaq və xidmət 12 ay ərzində göstəriləcək.

Şirkətin qanuni təmsilçisi Elxan Əliyev Əhməd oğlu, nizamnamə kapitalı isə 20 manatdır.