Gəncə polisinin rəis müavininə yeni vəzifə verildibackend

Gəncə polisinin rəis müavininə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Süleymanlı yeni vəzifəyə təyin edilib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, müvafiq əmrlə O.Süleymanlı vəzifəsindən azad edilərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Oqtay Süleymanlı “Gəncə hadisələri” zamanı şəhid olan polis polkovniki İlqar Balakişiyevin yerinə təyin edilmişdi. Ondan əvvəl isə Binəqədi RPİ-də rəis müavini olub.