Gəncə Şəhər Stadionunda yanğın olub – FOTO – YENİLƏNİBbackend

Gəncə Şəhər Stadionunda yanğın olub – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində ümumi sahəsi 20 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 20:54

Gəncə şəhərini təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubunun stadionunda – Gəncə Şəhər Stadionunda yanğın olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə stadionun tikinti aparılan ərazisindəki konteynerdə baş verib.

Hadisə yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub, alov söndürülüb.

İlkin məlumata görə, hadisə elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.