Gəncə terrorunda 5 yaxınını itirən şəxs hadisəni danışır – VİDEObackend

Gəncə terrorunda 5 yaxınını itirən şəxs hadisəni danışır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir övladı 4 ildən sonra oldu, digərinin isə yaşasaydı, bu gün 15 yaşı olacaqdı”.

NOCOMMENT xəbər verir ki, bunu ermənilərin Gəncəyə atdığı raket atəşi nəticəsində 5 yaxınını itirən Rövşən Əsgərov bildirib: “Həmin gecə evdə 8 nəfər idik. Ev uçdu üstümüzə, məni, anamı və oğlumu çıxardılar, lakin atam, qardaşım, onun həyat yoldaşı və övladı və digər bacımın övladı dağıntılar altında qalaraq rəhmətə getdilər. Bilsəm ki, onlar bu gün diriləcək elə bu gün öz canımdan keçməyə hazıram”.

Qeyd edək ki, oktaybrın 17-də Emrənistan ərazisindən Gəncə şəhərinə atılan raketlər nəticəsində bir ailənin 5 üzvü – Əsgərov Süliddin İsmayıl oğlu (1948), Əsgərov Bəxtiyar Süliddin oğlu (1980), Əsgərova Nigar Azər qızı (2005),Talıbova Sevil Süliddin qızı (1982) və onun 10 aylıq körpəsi dünyasını dəyişib.