Gəncə və Mingəçevirə raket hücümu nəticələrinin görüntüləri yayılıb – FOTOLARbackend

Gəncə və Mingəçevirə raket hücümu nəticələrinin görüntüləri yayılıbFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələri, atəşkəsə baxmayaraq, terror və müharibə cinayətlərini törətməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, 16 oktyabr gecə 00:54 radələrində ermənilər Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar.

Raket hücumları zamanı dağıntılar arasından insanlar çıxarılmaqdadır. İlkin məlumata əsasən 20-yə yaxın yaşayış binası olan ərazidə ciddi dağıntılar mövcuddur. Dağıntılar arasından körpə uşağın da çıxarıldığı bildirilir. 

Qeyd edək ki, Gəncə şəhərinə sentyabrın 27-dən bu günə qədər həyata keçirilən 5-ci, Mingəçevir şəhərinə isə 3-cü raket hücumudur.