Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıbbackend

Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə hadisə “Tiktok”a görə olub. Belə ki, “Tiktok”da canlı açan zaman iki nəfərin arasında mübahisə yaranıb. Bundan sonra həmin şəxslər aralarında baş verən mübahisəyə son qoymaq üçün görüşüblər. Görüş zamanı 17 yaşlı yeniyetmə digər şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.