Gəncədə 2 nəfərin meyiti aşkarlanıb – YENİLƏNİBbackend

Gəncədə 2 nəfərin meyiti aşkarlanıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə meyitləri tapılan şəxslərin kimlikləri məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, birinci meyit şəhərin Sultanbəy Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanıb.

Bağlı qapı arxasından meyiti tapılan şəhər sakini 1977-ci il təvəllüdlü A. Əzizovdur.

Digər meyit isə şəhərin Fikrət Əmirov küçəsində yerləşən yaşayış binasından aşkarlanıb. Meyiti tapılan 1968-ci il təvəllüdlü İ.İbrahimovdur.

Hər iki şəxsin ürək tutmasında öldüyü bildirilir. Faktlarla bağlı araşdırmalar aparılır.

***

16:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.