Gəncədə 26 yaşlı oğlan siqaretə görə bıçaqlandıbackend

Gəncədə 26 yaşlı oğlan siqaretə görə bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə bıçaqlanma olub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü S.Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir.

Məlumata görə, S.Bayramov sözügedən küçədə yerləşən orta məktəblərinin birinin yaxınlığında yerləşən obyektdə siqarətə görə başlayan mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.\\“Unikal”