Gəncədə 3 qadın dəm qazından zəhərləndi – Vəziyyətləri açıqlandıbackend

Gəncədə 3 qadın dəm qazından zəhərləndi – Vəziyyətləri açıqlandı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29.11.2025-ci il tarixində saat 02:10 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a məlumat verilib

Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***08:31

Gəncədə 3 nəfər zəhərlənib.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə Məhrəsə bağı yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.

2008-ci il təvəllüdlü Gülnar Cəfərova,1976-cı il təvəllüdlü Leyla Cəfərova və 1991-ci il təvəllüdlü Zeynəb Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Onlara ilkin tibbi yardım edilib, hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.