Gəncədə 37 min manatlıq oğurluğun üstü açıldı – FOTObackend

Gəncədə 37 min manatlıq oğurluğun üstü açıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən vətəndaşa məxsus avtobusdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakinləri Qalib İmanov və Müşfiq Məmmədov şəhər ərazisindəki mühafizə olunan dayancaqda saxlanılan avtobusdan ümumi dəyəri 37 430 manat olan müxtəlif ehtiyat hissələri oğurlayıblar.

Həmin şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.