Gəncədə 4 cü sinif şagirdi gözündən xəsarət alıb – YENİLƏNİBbackend

Gəncədə 4 cü sinif şagirdi gözündən xəsarət alıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məktəbin açıqlaması
Məsələ ilə bağlı Gəncə şəhər 1 saylı tam orta məktəbdən NOCOMMENT.az-a bildirilib ki, 17 dekabr tarixində 4-cü sinif şagirdi sinif yoldaşına ehtiyatsızlıq nəticəsində xəsarət yetirib. Hadisədən dərhal sonra təcili tibbi yardım çağırılıb, zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müayinə məqsədilə xəstəxanaya aparılıb. Şagirdin valideynlərinə məlumat verilib. Qeyd olunub ki, məktəblinin səhhəti məktəb rəhbərliyinin nəzarətində saxlanılır.
***
17.12.2025-ci il tarixində saat 14:10 radələrində 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından NOCOMMENT.az-ın yerli burosuna verilən məlumata görə, sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub.

 

***

Gəncədə məktəbli xəsarət alıb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Sözü gedən məktəbin 4-cü sinif şagirdi (şərti adı 2016-cı il təvəllüdlü. M.Əliyeva )gözünün tranması ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birinə yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, dördüncü sinif şagirdi digər məktəbli yoldaşının qayçı ilə ehtiyatsız davranışı nəticəsində gözündən xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır