Gəncədə 4 nəfər dəm qazından zəhərlənibbackend

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib – Son vəziyyətləri açıqlandı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19.10.2025-ci il tarixində 20:00 radələrində 4 nəfər (3 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumata görə, dəm qazının toksik təsiri diaqnozu təyin edilən 3 nəfərə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1 nəfərə isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***19.10.2025  21:30

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Pasyolka adlan ərazisində qeydə alınıb.

Belə ki 1994-cü il təvəllüdlü Ə.Səmədova, onun övladları 2016-cı il təvəllüdlü N.Səmədova, 2015-ci il təvəllüdlü N.Səmədov və 2025-ci il təvəllüdlü N.Səmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, Səmədovlar ailəsi yaşadıqları evin qonaq otağında dəmqazından zəhərləniblər.

Fakt araşdırılır.