Gəncədə yanğın olub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhər sakininə məxsus 250 kv/metr olan 4 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zaman 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın söndürülüb, yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.\\“Unikal”