Gəncədə 40 yaxın ailənin məskunlaşdığı yataqxanada kanalizasiya PROBLEMİ – VİDEObackend

Gəncədə 40 yaxın ailənin məskunlaşdığı yataqxanada kanalizasiya PROBLEMİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davamlı olaraq daşan kanalizasiya quyularından axan çirkab su binanın həyətində gölməçələr yaradıb, gölməçələrdəki su isə artıq mamır bağlayıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Gəncənin Yaşar Həsrətəliyev qardaşları küçəsində yerləşən 10 saylı yataqxana binasındandır. 40-a yaxın ailənin yaşadığı dördmərtəbəli binanın qarşısı artıq aylardır ki, bu vəziyyətdədir.

Sakinlər deyir ki, bir tərəfdən probelmin uzun müddətdir həll edilməməsi, digər tərəfdənsə havaların isti keçməsi vəziyyəti lap dözülməz edir.

Məsələ ilə əlaqədar Gəncə Sukanal İdarəsindən bildirildi ki, sözügedən yataqxana binasında yaranan problemin əsas səbəbi sakinlər tərəfindən kanalizasiya xətlərinə ağır tullantıların atılmasıdır. Həmçinin sakinlərin su-kanalizasiya xidmətlərinə görə uzun müddətdir yığılmış borcları olmasına baxmayaraq, idarə tərəfindən dəfələrlə kanalizasiya xətlərinin açılması təmin edilib. Yaranmış vəziyyətlə əlaqədar növbəti dəfə texniki dəstək göstəriləcək.

Gəncə MKTİB-dən isə bildirildi ki, sözügedən bina FHN-nin apardığı yoxlamalar nəticəsində yararsız hesab edilən 18 yataqxana binasından biridir. Bu yataqxanalarda yaşayan sakinlər yaxın aylarda şəhərin Nizami Gəncəvi prospekti və Kimyaçılar küçəsinin kəsişməsində inşa olunan 249 mənzilli 4 çoxmərtəbəli binaya köçürüləcək. Bununla da Gəncədə qəzalı yataqxanalarda yaşayan 1000-ə yaxın sakinin mənzil problemi həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.