Gəncədə bədbəxt hadisə baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, 2022-ci il təvəllüdlü M. Məmmədov prospektə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.