Gəncədə 85 yaşlı kişi itkin düşdü – FOTObackend

Gəncədə 85 yaşlı kişi itkin düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yaşlı kişi itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə oxu.az-a şəxsin qızı Qurbanova Kəmalə Sabir qızı məlumat verib.

O bildirib ki, atası Gəncə şəhər, Çarıqçılar küçəsində yaşayan 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğlu martın 19-da günorta radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, boz rəngli pencək və papaq olub.

Şəxslə bağlı ərazi üzrə polis bölməsinə məlumat verilib. Axtarışlar davam etdirilir.

İtkin düşən şəxsi görənlərdən +994 55 862-40-80 telefon nömrəsi vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.