Gəncədə avtomobil iki piyadanı vurdubackend

Gəncədə avtomobil iki piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri – 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report