Gəncədə BƏDBƏXT HADİSƏ: Tut dərərkən tok vurdu – FOTObackend

Gəncədə BƏDBƏXT HADİSƏ: Tut dərərkən tok vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Yeni İrəvan yaşayış massivinin Xəqani 52 ünvanında baş verib.

İlkin məlumata görə, 1960-cı il təvəllüdlü Şəmistan Məmmədov tut yığmaq istəyən zaman onu elektrik cərəyanı vurub və 62 yaşlı kişi yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.