Gəncədə bıçaqlanan 15 yaşlı yeniyetmənin SON VƏZİYYƏTİ açıqlandıbackend

Gəncədə bıçaqlanan 15 yaşlı yeniyetmənin SON VƏZİYYƏTİ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində bıçaqlandığı ehtimal edilən yeniyetmənin son vəziyyəti açıqlanıb.

NOCOMMENT.az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i, saat 18:40-da 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol kürək və bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası (daxilə keçməyən) diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.

09:40

Gəncə şəhərində yeniyetməni bıçaqladığı ehtimal edilən şəxs müəyyən edilərək saxlanılıb.

15 yaşlı yeniyetməni öz sinif yoldaşı bıçaqlayıbmış.

İyunun 5-də yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü şəxsin kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-ci il təvəllüdlü R.İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.