Gəncədə dəfn olunan ispan pilotlar – VİDEObackend

Gəncədə dəfn olunan ispan pilotlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana ispan pilotların gəlişi 1937-ci ilə təsadüf edir. Həmin dövrdə alman faşizminin İspaniyada hakimiyyətə gəlişinə etiraz edən bir qrup gənc sovet hakimiyyəti tərəfindən SSRİ-nin tərkibində olan ölkələrə, o cümlədən Azərbaycana gətirilir. 

NOCOMMENT.az xəbər verir ki, ispan gənclər Azərbaycanda hərbi məktəblərdə təyyarəçilik kurslarına cəlb edilir, hərbi təlimlər keçir və sonradan ölkələrinə göndərilirdi.

Gəncə şəhərinə gətirilən ispan pilotlar həmin dövrdə yaradılan 20 saylı hərbi hissədə pilot kursları keçib. 1939-cu ildə isə Azərbaycanda təlim keçən ispanlar qayıda bilmir. Bakı və Gəncədə hərbi təlimlər keçən ispanlar Sovetlər Birliyinin tərkibində İkinci Dünya müharibəsi zamanı alman faşizminə qarşı döyüşür.

Döyüşlərdə vəfat edən bəzi ispan pilotlar elə Gəncədə dəfn olunur. İspan pilotların təyyarəçilik məktəbində təhsil alanlardan biri də Gəncə şəhər sakini hazırda 100 yaşını qeyd edən Tofiq Hüseynov olub. T.Hüseynov deyir ki, qırıcı təyyarə sürmək üzrə son imtahandan keçə bilmir. Onu Gəncə şəhərinə bombardmançı təyyarə məktəbinə götürürlər.

Tofiq Hüseynovun Gəncədə ispan pilotlarla tanışlığı da məhz belə olub. İspan pilotların Gəncə şəhərində yaşadıqları müddət ərzində yerli əhali ilə də çox yaxşı münasibətləri olub. Bu gün ispan pilotların məzarları Gəncənin Fəxri xiyabanındadır. Onlar üçün xüsusi memorial kompleks də yaradılıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: