Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) nəqliyyat vasitələri üçün sürtgü yağlarının, təkərlərin, akkumulyatorların və müxtəlif ehtiyat hissələrinin satın alınmasını planlaşdırır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, alışın ümumi dəyəri 435.009,92 AZN olaraq göstərilib.
Siyahıya qabaq və arxa faralar, stop-faralar, ayna silən şotkusu və mühərriki, qabaq stupiça, qabaq ox şkvornu palesi, eninə tyaqa, tyaqanın nakonecniki, natyajnoy rolik, mühərrik və kompressor qayışı, termostat, qabaq və arxa əyləc barabanları, əyləc baçoku və digər detallar daxildir.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.