Gəncədə gənc oğlan bıçaqlanıb –  YENİLƏNİBbackend

Gəncədə dəhşət: gənc oğlan bıçaqlandı – Son vəziyyəti/ YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19.10.2025-ci il tarixində saat 22:00 radələrində 2000-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, döş qəfəsinin açıq yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***09:17

Gəncədə gənc oğlanı bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir

***19.10.2025    23:42

Gəncədə baş verən hadisə araşdırılır.

NOCOMMENT.aza bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə cinayət hadisəsi üzrə polis əməkdaşları tərəfindən araşdırılır.

Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.

Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir.

***

22:43

Gəncə sakini bıçaqlanıb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində ərazisində qeydə alınıb.

Belə ki 2000-ci il təvəllüdlü A.Huseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.