Gəncədə Heydər Əliyevin saldırdığı yaşayış massivində yaşıllıqlar məhv edilir – FOTObackend

Gəncədə Heydər Əliyevin saldırdığı yaşayış massivində yaşıllıqlar məhv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin saldırdığı yaşayış massivində yaşıllıqlar məhv edilir.

NOCOMMENT.az manşet.az- a istinadən xəbər verir ki, bu barədə Kəpəz Televizyasının Xəbərlər Xidmətinin direktoru, jurnalist Fərid Mehdiyev öz sosial şəbəkə hesabında paylaşım edib:

“Gəncədə yermi azdır ki, Yeni Gəncədə Ulu öndər Heydər Əliyevin Gəncə adının yasaq edildiyi bir dövrdə min bir əziyyətlə saldırdığı yaşayış massivində Nizami və Puşkinin mozaik kompozisiyaları həkk olunan binaların yola baxan hissəsində ağaclar kəsilərək obyekt üçün satılsın. Tikinti üçün belə “geniş” imkanların yaradılması üçün necə qərar verilir? O qədər boş, istifadəsiz qalan ərazi varki. Mütləqdirmi məhz əhalinin yaşadığı yerdə, özü də ağaclar kəsilərək hansısa məqsədlə obyekt tikilsin. Qətiyyən YOX. Xahiş edirəm bu məsələni ictimailəşdirək. Olmaz belə. Şəhərin mərkəzi də daxil olmaqla Gəncə mədəni simasını küçə ticarəti fonunda itirir, eləcə də harda gəldi tikintisinə icazə verilən obyektlərin içində”.