Gəncədə qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəktədə olan “VAZ 21011” ilə digər minik maşını toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.